Ana Səhifə / Haqqında

Ravil Hüseynov

Fizioterapevt, Reabilitoloq, Manual Terapiya Mütəxəssisi

Ağrılardan azad olmağınıza kömək edirəm

Fizioterapiya və reabilitasiya sahəsində ixtisaslaşmış mütəxəssisəm. Biosis Tibb Mərkəzində fəaliyyət göstərirəm. Onurğa və oynaq sistemi ilə bağlı yaranan ağrıların erkən diaqnostikası və düzgün reabilitasiya yanaşması əsas prioritetimdir.

Hər pasientə fərdi yanaşma ilə müalicə planı hazırlayıram. Müayinə zamanı pasientin vəziyyəti ətraflı qiymətləndirilir, ağrının səbəbi müəyyən edilir. Sözlə deyil, vizual olaraq nəticəni təqdim edirəm. Düzgün diaqnoz, düzgün nəticə deməkdir.

Manual terapiya, EMS terapiyası, Graston texnikası, zərbə-dalğa terapiyası, lazer terapiya, Schroth terapiyası, FED metodu, toxuma mobilizasiyası, iglaterapiya, vibro gun terapiyası kimi müasir müalicə metodlarını tətbiq edirəm.

İnsult, MS, Parkinson, serebral iflic kimi nevroloji problemlər üçün evdə reabilitasiya xidməti göstərirəm. Hər bir insanın ağrısının arxasında bir səbəb var. Biz səbəbi tapıb, uyğun müalicə planı qururuq.

Müalicə Etdiyimiz Problemlər

Skolioz (onurğa əyriliyi)
Kifoz (yuxarı onurğa qabarması)
Lordoz
Disk yırtığı (protruziya, ekstruziya)
Boyun, bel, kürək ağrıları
Baş ağrıları (miofasial mənşəli)
Artroz (diz, omba, əl)
Gonartroz və menisküs zədələri
Priformis sindromu
İnsult sonrası reabilitasiya
Serebral iflic (SP)
Parkinson, MS, SMA
Daban mahmızı, plantar fasiit
Lateral epikondilit (tennisçi dirsəyi)
Karpal tunel sindromu
Donmuş çiyin (adeziv kapsulit)
İmpingement sindromu
Yastıpəncəlik, genu valgum
Bexterev xəstəliyi
İdman zədələri, travmalar